Haqqımızda Əlaqə Online gəzinti Aze Eng Rus
24.02.2023,
Sual var? Zəng et!
(+994 50) 250-47-88
Məqalələr
Lerik haqqında Bİlmədikləriniz

Azərbaycanın ən gözəl guşələrindən biri olan Lerik rayou Talış dağlarının qoynunda yerləşir Rayonun əhalisinin sayı 74.400 nəfər, rayon mərkəzi - Lerik şəhəridir. Buranın gözəl təbiəti meşənin ətri duyulan dağ havası, bulaqlar, çaylar, münbit torpaq bu diyarın sakinlərinin uzunömürlü olmasını şərtləndirir. Rayonda xalq sənəti növlərindən xalçaçılıq, ağacdan müxtəlif məişət əşyalarının hazırlanması, eləcə də dulusçuluq sənəti daha çox inkişaf etmişdir. Buradakı xalça toxuculuğunun məxsusi cəhəti ondan ibarətdir ki, bu xalçalar ənənəvi şaquli dəzgahlarda deyil, birbaşa döşəmə üzərində yerləşən üfiqi dəzgahda toxunur.

 

Lerik — Azərbaycan Respublikası ərazisində rayon. İnzibati mərkəzi Lerik şəhəridir.

Lerik rayonu 1930-cu il avqustun 8-d
ə təşkil olunmuşdur. 1938-ci ilədək Zuvand rayonu adlandırılmışdır.

Tarixi

Lerik rayonununun ərazisi ən qədim yaşayış məskənlərindən biridir. Qədim zamanlardan ibtidai insanlar dağların ətəklərində indi də mövcud olan təbii mağaralardan yaşayış məskəni kimi istifadə etmişlər. Buranın təbii mağaralarından bəzilərinin hətta tunc dövründən dəəvvəllərə aid olması ehtimal olunur. Görkəmli arxeoloq Hümmel bu mağaraları neolit (yeni daş dövrü) dövrünə aid edir. Buranın dağlarında eramızdan əvvəl III-II minilliklərə aid maddi-mədəniyyət abidələri mövcuddur.

 

Relyefi

Lerik rayonunun
ərazisi Talış silsilə dağlarının əhatəsindədir. Cənub və cənub-qərbdə Yardımlı, şimal-şərqdə Lənkəran, şimal-qərbdə Masallı, cənub-şərqdə Astara rayonları ilə həmsərhəddir. İran İslam Respublikası ilə sərhəd boyu Talış dağ silsilələri, bundan şimalda Peştəsər və Bürəvər dağ silsilələri uzanır. Talış və Peştəşər silsilələri arasında Zuvand (Diabar) çökəkliyi yerləşir. Ən yüksək zirvələri Talış silsiləsindəki Kömürgöy (2492 m) və Qızyurdudur (2433 m). Əsasən pallogenin vulkanogen-çökmə süxurlarından təşkil olunmuşdur.

Lerikin bitki örtüyü əsasən kollu və seyrək meşəli çəmənlərdən və dağ meşələrindən ibarətdir. Meşələrdə palıd, vələs, fısdıq, qoz, dəmirağacı, azalt (nil) çoxluq təşkil edir.

Meş
ələrdə və Lerik çayının sahillərində tülkü, çaqqal, canavar, ayı, qaban, ördək, dovşan, meşə pişiyi, süleysin, kəklik, torağayı, bildirçin və s. heyvanlara, meşələrin əlçatmaz yerlərində, dağlarda bəbirə rast gəlmək olar.

Rayonun Zuvand
ərazisində Zuvand dövlət yasaqlığı (qoruq) vardır. Burada fəaliyyət göstərən Milli Elmlər Akademiyasının "Nəbatət elmi-tədqiqat mərkəzi" ərazinin fauna və florasını öyrənir. Ərazidə 40,3 min hektar meşə örtüyü vardır.

L
ənkəran-Lerik 56 km-lik avtomobil yolu boyu bir sıra turizm, istirahət əyləncə mərkəzləri inşa edilmişdir. "Relax", "Təbəssüm", "Meşəbəyi", "Ağgöl", "Paradiz" və digər turizm obyektləri bu cür mərkəzlərdəndir. Burada kotec, istirahət evləri, əyləncə mərkəzləri, restoran və barlar, idman qurğuları qonaqların xidmətindədir. Turizm obyektlərində, 600 nəfərdən çox, o cümlədən "Relax" turizm istirahət əyləncə mərkəzində eyni vaxtda 400 nəfərdən çox qonağın qəbulu üçün şərait yaradılmışdır.

Məsafə: 298 km
Ərazisi: 1081.3 km2
 
Meşə örtüyü: 39000 hektar
 
Əhalisi: 79 496 nəfər
 
Telefon kodu: 00994 157

 

Xeber yenilik 2 fbbnnsf sbnf az
daha ətraflı
bu bizim deyishdiyimiz xeberdir
daha ətraflı
2009 © Relax İstirahet Merkezi Lenkeran - Lerik yolunun 33-cü km.
Tel.: (+994 50) 250-47-88; (+994 50) 250-84-64; (+994 50) 235-19-19; (+994 157) 56068 Fax: (+994 0157) 5-60-68
https://www.relax.com.az; info@relaxlerik.az
ƏSAS XİDMƏTLƏR ƏYLƏNCƏ QALEREYA TURLAR OTAQLAR ƏLAQƏ